Modern.az

Baş nazir prezidentin pulunu kəsdi

Baş nazir prezidentin pulunu kəsdi

29 Noyabr 2012, 12:02

Gürcüstanda hakimiyyətə gələn baş nazir Bidzina İvanişvili hökumətin dünən keçirilən iclasında prezident Mixail Saakaşvilinin gündəlik xərclərinin azaldılması haqda qərar qəbul edib. Modern.az-ın gürcü KİV-lərinə istinadən verdiyi məlumata görə, yeni hökumət Mixail Saakaşvili üçün nəzərdə tutulan gündəlik xərcləri azaldırb. Belə ki, dövlət tərəfindən Saakaşviliyə ayrılan gündəlik məsrəf 150 min laridən (90 min dollar) aşağı salmaq nəzərdə tutulub.

Qeyd edək ki, İvanişvili hakimiyyəti bundan öncə Saakaşvilinin təyyarəsinin xərclərini və prezident sarayının elektrik xərclərinin ödənməməsi haqda da qərar qəbul edib.

Anar RÜSTƏMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır