Modern.az

Azərbaycanda “hinduşka festivalı keçirilir

Azərbaycanda “hinduşka festivalı” keçirilir

Mədəni̇yyət

27 Noyabr 2021, 11:13

Bu gün - noyabr ayının 27-də Azərbaycanın Biləsuvar rayonunda ilk dəfə hindtoyuğu festivalı keçirilir.

Modern.az xəbər verir ki, bunu “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin və "Azeri Home Chef”in təsisçisi Fəxrəndə Həsənzadə “Sputkin Azərbaycan”a açıqlamasında deyib.


O bildirib ki, bu festivalı hər il keçirmək planlaşdırılır:


"Ölkədə ən dadlı hindtoyuğu Biləsuvar rayonu ərazisində yetişdirilir. Ərazidəki duz gölü hindtoyuğuna bu ləzzəti verir. Festivalda ABŞ-ın Azərbaycandakı səfirliyi iştirak edəcək. Bizim məqsədimiz Azərbaycanın milli məxtəbini dünyaya tanıtmaqdır. Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə festival Biləsuvar şəhərinin mərkəzi parkında baş tutacaq. Festivalda kulinariya müsabiqəsi də olacaq. Burada 50 ən yaxşı həvəskar aşpaz hindtoyuğu yeməkləri bişirəcək.Tədbir bir gün davam edəcək".


F.Həsənzadə onu da əlavə edib ki, "Azeri Home Chef” tərəfindən bundan öncə Azərbaycanda ilk dəfə balqabaq, düyü, çörək, balıq festivalları da keçirilib.

Qeyd edək ki, hindtoyuğu qırqovullar fəsiləsinə aid quş cinsidir, iki növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur.


Hindtoyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilib. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Güney Azərbaycana ilk dəfə Xəzər dənizinin quzeyində olan Həştərxan şəhərindən gətirildiyinə görə bu adla tanınıb. Hintoyuğu el arasında “hinduşka” kimi də tanınır. Hazırda bazarda onun ətinin 1 kq-ı minimum 10-11 manata satılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır