Modern.az

Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ

Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ

Mədəni̇yyət

29 Noyabr 2021, 17:38

Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

Modern.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin 29 noyabr 2021-ci il tarixli sərəncamı İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Mariana Vasileva əslən bolqarıstandandır. O, 6 iyul 1974-cü ildə Bolqarıstanın Targovishte şəhərində anadan olub.

Bolqarıstanda Veliko Tarnovo Universitetini bitirib.

Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür. Mariana Vasileva Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi işləyib.

Azərbaycanın Əməkdar məşqçisi (2013) fəxri adı verilmiş Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2015), Beynəlxalq Gimnastika Federasiyasının "Əməkdar məşqçi" diplomuna (2019) layiq görülüb.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır