Modern.az

Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR

Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR

Hadisə

29 Noyabr 2021, 18:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamları ilə İsmayıl Sultan oğlu İsmayılov və İntiqam Vaqif oğlu Babayev gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Modern.az saytı işdən azad edilən nazir müavinlərinin qısa dosyelərini təqdim edir:


İsmayıl Sultan oğlu İsmayılov 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası"nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirib.
1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləyib.
1994-1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində çalışıb.
1996-2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləyib.
Hazırda 64 yaşı olan İsmayıl İsmayılov 2006-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

İntiqam Vaqif oğlu Babayev 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 247 saylı orta məktəbi bitirib. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.
1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Hazırda 47 yaşı olan İntiqam Babayev 2000-ci ildən gənclər və idman nazirinin müavini vəzifəsində işləyirdi.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...