Modern.az

Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar

Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar

29 Noyabr 2021, 20:23

COVID-19-la bağlı əks- göstəriş sertifikatının müddətinin hansı qaydada müəyyənləşdiriləcəyi açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması qaydası”nda əksini tapıb.

 

Qaydaya əsasən peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə etibarlı olacaq.

Sizə yeni x var
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!