Modern.az

Narkomanların sayı statistikada göstəriləndən ÇOXDUR

Narkomanların sayı statistikada göstəriləndən ÇOXDUR

Aktual

30 Noyabr 2021, 12:05

“Narkotik istifadəçilərinin sayı statistikada göstəriləndən çoxdur. Cari ilin 10 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55600 nəfər istiqamətləndirilib”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən dinləmələrdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov deyib.

 

DİN rəsmisi bildirib ki, narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2981 nəfərdən 2193-nün istifadəçi olması müəyyən edilib:

 

“Narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Müxtəlif dini tədbirlərdə də antinarkotik mövzusunda çıxışlara geniş yer verilsə, yaxşı olar. Eyni zamanda, narkotik istifadəçisi olmuş və sonradan normal həyata qayıtmış şəxslərlə media sahəsində müsahibələr təşkil olunması da bu mübarizənin bir növü olardı”.

 

İ.Hümbətov qeyd edib ki, ölkənin inzibati rayonlarında yaşayan gənclərin işlə təmin olunması, həmin rayonlarda idman və digər sahələrin inkişaf etdirilməsi nəticəsində gənclərin boş vaxtının qalmasının qarşısı alına bilər:

 

“Eyni zamanda, təhsil müəssisələrində narkotiklə bağlı tibbi müəssisələrin təşkil edilməsini təklif edirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir