Modern.az

Hüquq müdafiəçiləri Saleh Rüstəmliyə baş çəkiblər

Hüquq müdafiəçiləri Saleh Rüstəmliyə baş çəkiblər

Aktual

30 Noyabr 2021, 19:02

Bu gün hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Əliməmməd Nuriyev Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Saleh Rüstəmliyə baş çəkiblər.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Əliməmməd Nuriyev məlumat verib. Ə. Nuriyev bildirib ki, S. Rüstəmli Penitensiar Xidmətin müalicə müəssisəsində ayrıca otaqda daim həkim nəzarətində saxlanılır: “Zəruri müayinələr aparılır və müalicə təyin olunub. Vəziyyəti orta stabildir, çəkisində müəyyən azalma müşahidə olunur. Azadlığa buraxılmasını xahiş edir. Hüquq müdafiəçiləri tərəfindən ona hüquqi vəziyyəti ilə bağlı bütün məlumatlar verilib, eyni zamanda sağlamlığına diqqət yetirməsi və aclığın ağır fəsadları diqqətinə çatdırılıb”.

 

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı