Modern.az

Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB

Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB

30 Noyabr 2021, 19:53

Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.  

 

Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

 

Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

 

***

19:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

 

Türkiyənin dövlət başçısı hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilər üçün başsağlığı verib.

 

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir