Arxiv
22 Fevral 2010, 11:12 | REPORTAJ
Mircəfər Bağırov Əliağa Vahidi niyə sərxoş adlandırıb? (tarix-fotolar)

AZƏRBAYCANDA İLK KİTABXANA – MUZEYDƏN REPORTAJ

 

Bura Əliağa Vahid adına kitabxana – muzeydir. Azərbaycanda vahid kitabxana-  muzey....Bəlkə, bəzilərinin  hələ də xəbərdar olmadığı bir məkan.....

 

Kitabxana - muzeyin tarixcəsi

 

Əvvəllər Qırmızı Oktyabr adlandırılan bu kitabxana-muzeyə 1993-cü ildən Əliağa Vahidin adı verilib. Əliağa Vahid adına kitabxana – muzeyin rəhbəri Sədaqət Seyidzadə deyir ki, bura əvvəllər  yalnız kitabxana kimi fəaliyyət göstərib:

- Kitabxana kollektivi 1993- cü ildə Mədəniyyət Nazirliyinə müraciət etdi ki, kitabxanaya Vahidin adı verilsin. 1995- ci ildə isə Vahidin 100 illik yubileyi keçirildi. O ərəfədə məsələ qaldırdım ki, əgər Vahid adına muzey yaradılacaqsa, kitabxanın bir otağı bunun  üçün ayrılsın. Çünki, o zaman Vahidin yaşadığı ev artıq sökülmüşdü. Təklif bəyənildi və 1995- ci ildən bura kitabxana-muzey adlandırıldı. Ancaq nə olsun?! Muzey hələ tam yaradılmayıb.

Kitabxana – muzeyin rəhbəri Sədaqət Seyidzadə bildirir ki, vəsait ayrılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət ediblər:

- Hamının bu məsələ barədə xəbəri var. Bizə yenə də gözləmək qalır. Hər işdə çətinliklər olur. Hər halda yenə də nə isə yarada bilmişik. Muzeylə bağlı maraqlı layihəmiz var. Vahidin yaşadığı abu-havanı burda yaratmaq istəyirik.

Sədaqət Seyidzadə onu da qeyd etdi ki, Vahidə məxsus əşyaların çoxu ailəsi tərəfindən Nizami muzeyinə verildiyindən, onları yenidən əldə etmək çətindir.

 

Əliağa Vahidin həyatı oğlu Ramiz İsgəndərovun dili ilə

 

- Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1894- cü ildə fevralın 18-də Bakıda doğulub. 1965 –ci ildə vəfat edib. 20 yaşından  qəzəllər yazmağa başlayıb. 1916- ci ildə “Tamahın nəticəsi” adlı ilk kitabı işıq üzü görüb. “Molla Nəsrəddin”, “Kirpi” jurnallarında satirik şeirləri çap edilib. Ümumiyyətlə sağlığında 13 kitabı işıq üzü görüb.

Vahid ticarətlə də məşğul olub.1919 –cu ildə Məşhədə gedir. Həm ziyarət, həm ticarət. Oradan böyük əmisi Hacı Abbasqulu ilə İran xalıları gətirib, Bakıda satarlarmış.

O dövrün insanları da Vahidin yaradıcılığını dəyərləndiriblər. 1922- ci ildə M.Ə.Sabirin yubileyi olanda atam yarım saat meyxana deyib. Bu, Nəriman Nərimanovun diqqətini çəkib. O zaman ilk dəfə dövlət mükafatı Vahidə verilib. 1943- cü ildə əmədar incəsənət xadimi adına layiq görülüb.

 

Vahid repressiyadan  necə qurtuldu?

Oğlu Ramiz İsgəndərov: - Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Atamın da adı orda olub. Mircəfər Bağırov atamın adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək.

Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

Vahidin Bağırova yazdığı şeir:

 

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

 

Vahidi məst edən rus qızı

- 52 yaşında Əliağa Vahid anamla tanış olur. Anam atamdan 25 yaş kiçik olub. Buna baxmayaraq onlar, 1948- ci ildə evlənirlər. Ancaq dini kəbinləri olur. Atam anamdan dövlət kəbini kəsdirməyi istəyib. Ancaq anam deyirmiş ki, mən cavana ərə gedəcəm. Ailədə iki uşaq olmuşuq –bacım və mən. Hələ bununla bağlı atamın bir şeiri də var:

Tanrım mənə verdi bir oğul, bir qız

Qızım Firəngizdir, oğlum Ramiz.

Vahid Polina adlı başqa bir rus qızı ilə də evli olub. O, atamın paltaryuyanı olub. Bir gün atamı məst eyləyib, dövlət kəbini kəsdirib.

Onu da deyim ki, Vahid gözəllik, sevgi şairidir. O, həmişə Qubernator bağında (indiki Filarmoniya bağı) gəzəndə əlində ya qızılgül, ya da novruzgülü olarmış. Qızlgül gözəllik, novruzgülü incəlik rəmzidir. Yəqin ki, Vahid də o gözəlliyi, incəliyi xanımlara bənzədirmiş.

Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,

Bülbül dayanarmı gülünə həsrət olanda?

Əliağa Vahid xalq şairi olmasa da xalqın şairidir. Allahın Azərbaycan xalqına verdiyi bəxşişdir.

Gözəl həyatını, Vahid, fənayə sərf etmə, Səni zəmanə yetirməz dübarə, bir dənəsən.

 

 

 

 

 

 

 

 

Təhminə Paşayeva

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Euronews" Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb – VİDEO 27 Fevral 2021, 13:34 Əfv komissiyasının iclası: 100-dən çox müraciətə baxıldı 27 Fevral 2021, 13:31 Prezident ona fərdi təqaüdü verəcək 27 Fevral 2021, 13:25 Əli Əsədov sərəncam İMZALADI 27 Fevral 2021, 13:19 Xarici jurnalistlər Füzulidə minatəmizləmə işləri ilə tanış oldu - VİDEO 27 Fevral 2021, 13:10 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı 27 Fevral 2021, 12:21 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22 Təyyarə qəzası: 3 ölü 27 Fevral 2021, 09:07 İsveçrə sakini lotereyada 210 milyon avro qazandı 27 Fevral 2021, 08:58 ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53 İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransının TAM MƏTNİ 27 Fevral 2021, 00:40