Modern.az

İş adamının qızlarını girov götürən polislər yaxalanıb

İş adamının qızlarını girov götürən polislər yaxalanıb

24 Fevral 2010, 18:56

Moskvada insan alverində şübhəli bilinən polis şəbəkəsi ifşa olunub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxtda  iş adamının iki qızını qaçıraraq girov saxlayan 3 polis işçisi yaxalanıb. Polislər qızların girovluqdan azad olunması qarşılığında 2 milyon rubl tələb edib. Moskva Daxili İşlər İdarəsinin cinayət–axtarış şöbəsinin əməkdaşları Sergey Sorokin, Maksim Çijo, Stanislavə Boldışev xüsusi əməliyyat gedişində həbs olunublar. Onlar Moskva ətrfındakı Troitsk şəhərində bir iş adamının Anna (30 yaş) və Anastasiya (19 yaş) qızlarını qaçıraraq pul tələb etməkdə ittiham olunurlar. Rusiya Baş Prokurorluğu polislərin yaxalandığını təsdiqləyib, lakin Daxili İşlər Nazirliyi  bu barədə hər hansı informasiya vermək istəmir.   Məlumata görə, polislər əvvəlcə 6 milyon rubl tələb ediblr. Araşdırmalar gedişində məlum olub ki,  adı çəkilən polislər əvvəllər də bu işlə məşğul olub. Faktla bağlı RF CM-nin 126 (adamoğurluğü) və 163 (qəsb) maddələri üzrə cinayət işi açılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...