Modern.az

Millət vəkili parlamentdə təhsil haqqı məsələsini qaldırdı

Millət vəkili parlamentdə təhsil haqqı məsələsini qaldırdı

Təhsil

5 Mart 2013, 13:21

Millət vəkili Qənirə Paşayeva Parlamentin iclasında Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsini təklif edib. Deputat dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqlarının ödənilməsi zamanı üzləşdiyi problemlərə toxunub.

Millət vəkili qeyd edib ki, nəzərə almalıyıq ki, Qarabağ müharibəsi əlilləri öz sağlamlıqlarını itirmiş şəxslərdir və onların bir çoxu övladlarının təhsil haqlarının ödənilməsində ciddi çətinliklər çəkirlər.

Millət vəkili Qənirə Paşayeva  bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi əlillərinin övladları təhsil haqqından azad edilməlidir və bu, ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslərə dövlətin diqqət və qayğısının növbəti bir addımı olardı. Ölkəmizin buna imkanlarının olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva imkanlar daxilində dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan Qarabağ müharibəsi veteranlarının övladlarına bu imtiyazların verilməsi imkanlarının araşdırılmasını təklif edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü