Modern.az

Həmkarları İlhamə Quliyevanı boykot etdi: “Dilini dinc saxla!”

Həmkarları İlhamə Quliyevanı boykot etdi: “Dilini dinc saxla!”

5 Mart 2013, 17:47



Xalq artisti İlhamə Quliyevanın həmkarı Nazpəri Dostəliyeva ilə olan qalmaqalından sonra “Müğənnilərin toxunulmazlığı haqqında” qanunun qəbul olunması üçün Milli Məclisin spikeri Oqtay Əsədova müraciəti sənətçilər arasında birmənalı qarşılanmayıb. Halbuki “Şöhrət” ordenli müğənni iddia edir ki, belə bir qanunun qəbulu təkcə onun yox, əksər sənətçilərin istəyidir.

Modern.az-a açıqlamasında xanəndə Mənsum İbrahimov deyib ki, bu barədə millət vəkilləri qərar verə bilər. “Mən müğənniyəm, qanunverici orqanda işləmədiyimdən bu barədə heç nə deyə bilmərəm, heç demək də istəmirəm”.

Vaxtilə ağız-ağıza öpüşən həmkarların sözlərinin çəp gəlməyindən danışan  xanəndə Alim Qasımov da çox xahiş etdi ki, onu bu məsələyə qatmayaq. Amma “Müğənnilərin toxunulmazlığı haqqında” qanunun qəbul olunmasına münasibət bildirən xanəndə belə bir qanunun qəbul olunmasının mənasız iş adlandırdı.   Xalq artisti Akif İslamzadə belə bir qanuna ehtiyacın olmadığını söyləyir. Müğənni deyir ki, hər şey insanın özünü aparmağından asılıdır. “Məgər kimisə parodiya edəndə onu təhqir edirlər?! Müğənniləri kim təhqir edir, kim toxunur ki, belə bir qanun qəbul olunsun?!”  

Xalq artisti Flora Kərimova isə bildirdi ki, həqiqətin üzünə deyilməsi İlhamə Quliyevanı bu addımı atmağa vadar edib. “Milli Məclis ona bilirsinizmi nə cavab verməlidir? Sən dilini farağat qoy, qısa elə, camaata sataşma, namusuna toxunma, özün barədə düşün. Ondan sonra nə isə deməyə haqqın var. Nə müğənni kimi, nə insan kimi İlhamə Quliyevanın cəmiyyətdə nəyisə diktə etməyə heç ixtiyarı yoxdur. Milli Məclis də onun intriqaları üçün meydan deyil”.

 

Gültəkin Ələsgər

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi