Modern.az

Ermənistan Vatikanda səfirlik açır

Ermənistan Vatikanda səfirlik açır

7 Mart 2013, 12:47

Ermənistan hökuməti Serj Sarksyanın Vatikanda səfirlik açmaq arzusunu gerçəkləşdirib. Modern.az-ın məlumatıba görə, bunu Ermənistanın xarici işlər naziri müavini Şavarş Koçaryan hökumətin bugünkü iclasında açıqlayıb. O bildirib ki, bu layihənin baş tutması iki dövlət arasındakı qarşılıqlı əlaqələri yeni müstəviyə çıxaracaq.

Nazir müavini onu da bildirib ki, Vatikanla diplomatik əlaqələr 1992-ci ildə qurulub, hətda 2000-ci ildə Vatikan “erməni soyqrım”ını tanıyıb.

Qeyd edək ki, Ermənistan hökumətinin bugünkü iclasında Serj Sarksyanın Vyetnamda da səfirlik açılması barədə fərmanını təsdiq edilib.

  Elçin AĞAYEV  
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi