Modern.az

Kerri İstanbulu ayağa qaldırdı

 Kerri İstanbulu ayağa qaldırdı

7 Aprel 2013, 13:31


ABŞ-ın yeni dövlət katibi Con Kerrinin Türkiyəyə rəsmi səfəri başlayıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Kerri təyyarəsində baş verən texniki nasazlıqla əlaqədar İstanbula bir qədər gec saatlarda, Bakı vaxtı ilə 05:10 radələrində gəlib.

ABŞ dövlət katibinin səfəri ilə əlaqədar İstanbulda geniş təhlükəsizlik tədbirləri görülüb. İstanbulun hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır. Kerrinin qalacağı qonaq evi və eləcə də gedəcəyi bütün yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Səfər zamanı ABŞ dövlət katibi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüş keçirəcək.
 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir