Modern.az

Tərbiyəsiz SMS-ə görə 3 aylıq həbs

Tərbiyəsiz SMS-ə görə 3 aylıq həbs

18 Mart 2010, 11:40

Dübay məhkəməsi bir–birinə SMS vasitəsi ilə seksual xarakterli mesajlar ötürən hind mənşəli sevgililərə 3 aylıq həbs cəzası verib. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı  hava şirkətlərindən birində işləyən hindlilər kifayət qədər açıq-saçıq seksual xarakterli yazışmalarda ittiham olunurlar. Məhkəmə müəyyən edib ki, cütlük rəsmi nikaha girmədən “günah” işlətmək - intim əlaqədə olmağı planlaşdırıb. Bu isə Səudiyyə Ərəbstanı qanunlarına görə qəti qadağandır.  Yaşları 47, 42 olan sevgililərin adları açıqlanımır.

Əvvəlcə məhkəmə hindlilər barədə 6 ayılq həbs cəzası və ölkədən deportasiya olunmaq qərarı çıxarıb. Lakin sonradan apellyasiya şikayətinə baxılıb və 6 aylıq həbs cəzası 3 aya qədər azaldılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?