Modern.az

Fransa Futbol Federasiyasının prezidenti istefa verdi

Fransa Futbol Federasiyasının prezidenti istefa verdi

28 Fevral 2023, 15:57

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qraet tutduğu vəzifədən istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə FFF-nin rəsmi saytında məlumat dərc olunub. 

 

"Le Graet istefa qərarını 28 fevral çərşənbə axşamı günü Fransa Futbol Federasiyasının İdarə Heyətində açıqladı", - məlumatda deyilir.

 

Qeyd olunub ki, FFF-nin müvəqqəti prezidenti vəzifəsini 10 iyun 2023-cü ilə qədər vitse-prezident Filip Diallo icra edəcək.

 

Onu da bildirək ki, 81 yaşlı futbol federasiyası prezidentinin ona qarşı qaldırılan cinsi qısnama iddiaları ilə bağlı istefa verdiyi deyilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi