Modern.az

Bakıda daha 2 avtobus marşrutu ləğv olunub

Bakıda daha 2 avtobus marşrutu ləğv olunub

21 Noyabr 2013, 20:16

Nəqliyyat Nazirliyi marşrut avtobusları ilə bağlı islahatlarını davam etdirir. Nazrilik yorucu və uzun müddətli tıxacların, bir-biri ilə yarışa girərək sərnişinlərin həyatını təhlükəyə atan sürücülərin, eləcə də, paralel xətlə işləyən avtobusların qarşısını almaq üçün daha 12 avtobus marşrutunda dəyişiklik edildiyini bildirir. Onlar arasında fəaliyyəti tamamilə dayandırılanlar da var. 10 marşrut xətti başqa istiqamətə dəyişdirilib, 2-si isə təmamilə ləğv edilib.

Bəzi marşrutlar bağlanıb, bəzilərinin hərəkət sxemi dəyişdirilib. Məsələn 87,121 nömrəli marşrut avtobusları bağlanıb, 102, 131, 163, 166, 15, 42 və digər marşrutların isə hərəkət sxemi dəyişdirilib. Nazirlik tərəfindən atılan bu addım bu dəfə də birmənalı qarşılanmayıb. Marşrut avtobusundan gündəlik istifadə edənlər aparılan islahatların sərnişinlərin xeyrinə olmadığını deyir. Sürücülər isə bu dəyişikliklərin onlara heç bir problem yaratmadığını deyir.

ANS-ə şərhində bu günə kimi aparılan islahatlar nəticəsində marşrut xətlərinin sayının 174-ə endirildiyini deyən Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bu prosesin mərhələli şəkildə davam edəcəyini bildirib: “43 nömrəli avtobusun da xətti dəyişəcək. Məqsəd Neftçilər, Qara Qarayev və digər yollarda tıxacların qarşısını almaq üçündür”.

Qurum rəsmisi bağlanan marşurut xətləri ilə əlaqədar yarana biləcək sərnişin sıxlığına da aydınlıq gətirib. Bildirib ki, hazırda xəttə çıxarılan orta və iritutumlu avtobuslarla bu problem də öz həllini tapacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir