Modern.az

“Ukraynaya verilən dəstəyin onda biri Azərbaycana verilsə, görün, ölkədə nə baş verir”

“Ukraynaya verilən dəstəyin onda biri Azərbaycana verilsə, görün, ölkədə nə baş verir”

Aktual

12 Dekabr 2013, 14:05

“Ukraynaya Avropanın açıq dəstəyi var. Bu dəstəyin qarşısında Rusiya daya bilməz. Qısa müddətdə Ukrayna Avropa Birliyinə inteqrasiya edəcək. Çox güman ki, bu hadisələrin baş verməsi nəticəsində Ukraynada hakimiyyət dəyişikliyi baş verəcək”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, indiki halda Ukraynada Rusiyanın təzyiqləri neytrallaşdırıblar:

“Ukrayna xalqı mövqe ortaya qoyursa, Rusiyanın Ukrayna ilə müharibə etmək imkan yoxdur. Rusiya öz siyasətini iqtidarı xalqdan ayırmaqla həyata keçirə bilər. Tutaq ki, Azərbaycan kimi antidemokratik bir ölkədə xalq narazı qalırsa, belə iqtidarları Rusiya idarə bilər. Azərbaycanda, ümumiyyətlə, xalq ortaya mövqe qoymur. Ukraynada isə işi xalq aparır. Rusiya nə edəcək, xalqla vuruşacaq?! Bu baxımdan Rusiyanın oradakı hadisələrə müdaxilə etmək imkanları yoxdur”.

S. Cəlaloğlu Ukraynanın Rusiyadan iqtisadi asılılığının olması ilə bağlı deyilənləri bəhanə adlandırıb: “Avropa Şurası niyə görə bu qədər pulu verməlidir? Onlar öz üzvlərinə o pulu verir. Eyni zamanda öz üzvlərindən fərqli olaraq, “Şərq Tərəfdaşlığı”na qoşulanlara da Avropaya inteqrasiya istiqamətində lazım olan məbləği verir. Bunlar Korrupsiya yolu ilə ölkəni dağıdıb, büdcəni boşaldıb, indi də deyirlər, bizə pul verin. Avropa Birliyi pulu elə-belə vermir ki. Məsələn, Yunanıstan Avropa Birliyinin üzvüdür, həmin ölkəyə defolt vəziyyətindən çıxmaq üçün yardım etdi, sonra etmədi. Çünki yerdə qalan məsələləri Yunanıstan hökuməti özü həll etməlidir. Ukraynada da bütün məsuliyyəti Avropa Birliyinin üzərinə atırlar. Azərbaycanda da Avropanın tələb etdiyi qaydalara zidd qanunlar qəbul edilir. Ukraynada maliyyə məsələsini əsas gətirməklə Avropa Birliyi ilə əməkdaşlıqdan boyun qaçırdığı kimi, Azərbaycanda da hüquqi müstəvidə əngəllər yaradılır. Ukrayna prezidentinin də Avropadan pul tələb etməsi, prinsiplərə ziddir. Bu, bəhanədir”.

ADP sədri qeyd edib ki, Ukrayna Avropaya inteqrasiya edəndən sonra sıra Azərbaycana çatacaq. "Siz bir şeyi bilməlisiniz, SSRİ məkanında olan ölkələr eyni siyasi məntiqin içindədirlər. Orada nəsə baş veribsə, bilin ki, bu, Azərbaycanda baş verəcək. Bu gün Ukraynaya verilən dəstəyin onda-biri Azərbaycana verilsə, görün, ölkədə nə baş verir. Avropa Birliyi iqtidarı bir kənara qoyub, müxalifətdəki qərbyönlü qüvvələrə dəstək versə, Azərbaycan Avrointeqrasiya xəttini götürə bilər”.

İlkin PİRƏLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı