Modern.az

Con Kerri siyasətdən gedəcəyinin anonsunu verdi

Con Kerri siyasətdən gedəcəyinin anonsunu verdi

6 Fevral 2014, 12:00


ABŞ-ın dövlət katibi Con Kerri indiki vəzifəsini özünün siyasi karyerasında sonuncu hesab edir. Modern.az saytının xəbərinə görə, bunu o CNN-ə müsahibəsində deyib. “2016-cı ildə prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşırsınızmı” sualına Kerri cavabında deyib ki, onun belə bir planı yoxdur: “Bu (dövlət katibi postunu nəzərdə tutur) mənim son dayanacağımdır”.

Con Kerri ABŞ-ın dövlət katibi vəzifəsinə 2013-cü ildə, Hillari Klintonun gedişindən sonra gəlib. Buna qədər 2009-cu ildən Senatın beynəlxalq əlaqələr komitəsinə rəhbərlik edib. Kerri 2004-cü ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olsa da, oğul Corc Buşa uduzmuşdu. 

 
Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir