Arxiv
15 mart 2014, 15:54 | REPORTAJ
“Kadrarxası”: ”Əhməd hardadır”da Leyla rolunu erməni qızı oynamalı idi” - LAYİHƏ

Modern.az saytı yeni bir layihə təqdim edir. Layihə çərçivəsində  Azərbaycan filmlərinin kadr arxasında qalmış məqamlarını sizlərə çatdıracağıq. İlk olaraq “Əhməd hardadır?” filmindən başlayırıq. Bu məşhur filmdə “Uzundraz Oktay”ı oynayan Novruz Axundov filmin çəkilişləri zamanı kadr arxasında qalmış məqamlardan danışacaq:  


ARAYIŞ:
Novruz Axundov 1938-ci il may ayının 9-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Uşaq ikən ailəsi Bakıya köçüb. Ailə əvvəl Kürdəxanı, sonra Pirşağıda yaşayıb. 1963-ci ildə İncəsənt İnstitutuna daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun tələbəsi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. 1998-ci ildən təqaüdə çıxıb. Hazırda təqaüddədir. İki oğlu, bir qızı, altı nəvəsi var.

“Əhməd hardadır?” necə ərsəyə gəldi?

1963-cü ildə Adil İsgəndərov və yazıçı Sabit Rəhman “Əhməd hardadır?” filminin ssenarisi üzərində işə başlayırlar.  Filmin çəkilişləri üçün aktyor heyəti formalaşdılır. Əhmədin gənc dostları rolunu oynamaq üçün  tələbələr arasından seçim aparılır. “Uzundraz Oktay”, “Saqqal Ramiz”, Şofer Əhməd rollarının sınaq çəkilşi üçün bir çox tələbələr dəvət olunur. Novruz Axundov da sınaq çəkilişinə çağırılır. Əsas hüquq sahibi professor, SSRİ xalq artisti Adil İsgəndərov olduğundan aktyorların seçimində o da iştirak edir.

Cavan qız roluna aktrisa tapmaq müşkülə çevrilmişdi

Novruz Axundov: “Filmin çəkilişi zamanı əsas çətinlik cavan xanım rolları üçün ifaçıları tapmaqla bağlı idi. İndiyə baxmayın. O vaxt çox çətin idi.  Leyla roluna “Qızmar günəş altında” filmində rol almış  Töhfə Əzimova təsdiq olundu. O peşəkar aktrisa deyildi. İxtisasca fortopiano müəlliməsi olan Töhfə xanımın həyat yoldaşı kinostudiyada rəssam işləyirdi. Adil İsgəndərov ondan həyat yoldaşını sınaq çəkilişinə gətirməsi barədə xahiş etdi. Daha sonra əri Töhfə Əzimovaya filmdə çəkilməyə icazə verdi. Töhfə xanım peşəkar aktrisa olmasa da, rolunun öhdəsindən yaxşı gəldi”.  

Beləcə filmin heyəti təsdiq edilir və çəkilişə start verilir. Novruz Axundovun “Uzundraz Oktay” roluna təsdiq olunması isə Moskvadan filmin operatoru kimi dəvət olunmuş Yuri Fogelmanın israrı ilə baş verir. Belə ki, Axundovun fotolarını görən Fogelman bu rola məhz Novuz  Axundovun uyğun gəldiyini deyir. Adil İsgəndərov “Uzundraz Oktay”ı oynamaq üçün digərlərinin də sınaqdan keçməsini təklif edir. Fogerman razılaşmır. Beləcə N.Axundov ilk dəfə olaraq filmdə rol alır. Ssenariyə əsasən  dostlar bir-biri ilə kontrast təşkil etməli idi: Oktay uzun, Əhməd normal, Ramiz balacaboy. Filmdə bu, uğurlu alınır: nəticə etibarilə komik bir situasiya yaradılır.



Leyla roluna erməni qız çəkilirdi

1963-cü ildə filmin çəkilişləri başlanır. “Əhməd hardadır?”filmi böyük ekrana 1965-66-cı illərdə çıxır.

Novruz Axundov: “Çəkilişin uzanmasına səbəb dediyim kimi, əsas rolları oynayacaq cavan qızların tapılmaması idi. Hətta Ceyran rolunu oynayacaq aktrisanı-Nona Paçuaşvilini Tbilisidən tapıb gətirdilər. Leyla rolu üçün bəlkə də 100-dən çox qız sınaq çəkilişlərində iştirak etdi. Onların aktrisa olub-olmadığı nəzərə alınmırdı”.

Leyla obrazını oynamaq üçün Töhfə Əzimovadan əvvəl bir qız seçilir. Bir neçə dəfə sınaq çəkilişlərində iştirak edir. Sonradan onun erməni qızı olduğunu bilən Adil İsgəndərov ondan imtina edir.

Novruz Axundov: “Adil müəllim biləndə ki, o, “uzdəniraq qonşularımız”dandır. Həmin qızı çəkilişdən uzaqlaşdırdı. Deyirdi ki, “öz filmimizdə erməni qızı baş rola çəkmək istəmirəm”.  Gürcüstandan gələn qız Nona Paçuaşvili çəkilişlərdə adının Nanə olduğunu deyirdi. Film çəkilən vaxtda institutun birinci kursunda oxuyan aktrisa yenicə ailə qurmuşdu. Çəkilişə görə həyat yoldaşı ilə birgə köhnə “İnturist” mehmanxanasında qalırdılar. İstirahət vaxtı Nonanın həyat yoldaşı maqnitafonu düzəldəndə elekrtik vurmasından faciəli şəkildə vəfat etdi. Bu vaxt Nona ana olmağa hazırlaşırdı. Nonanın vəziyyəti ilə bağlı kostyumları tez-tez dəyişməli olurdular. Yasda olduğundan aktrisa da o əhval-ruhiyyədə deylidi. Bir tərəfən yas, bir tərəfdən hamiləlik, havaların soyuqluğu... Çox çətin keçdi çəkilişlər. Filmdə “Yaşıl Teatr”da rəqs səhnələrini yəqin görmüsünz. O kadrlar noyabr ayında, qar yağan vaxtı çəkilib. Ssenariyə görə isə hamı yay paltarında olmalı idi”.   

Moskva ssenarini “primtiv” adlandırıb

Filmin ssenarini təsdiq üçün Moskvaya göndərirlər. Orada filmlə bağlı çətinliklər yaranır. Moskva ssenarinin primitviliyini idda edərək, çəkilişə icazə vermək istəmir.
Novruz Axundov: “Moskva filmin çəkilişinə mane olurdu. Azərbaycana  bildirdilər ki, “bu çox geridə qalmış bir mövzudur”. Hər vəchlə narazılıqlarını dilə gətirirdilər. Amma tarixə nəzər salsaq, 50 il maraqla izlənən az filmlərimiz var ki, “Əhməd hardadır?” da onlardan biri oldu.



“Çəkiliş üçün gözəl məkanlar az idi”

Filmin çəkilişləri əsasən pavilyonda baş tutub. Amma bir çox səhnələr Bakıda və bəzi  rayonlarda aparılıb.

Novruz Axundov: “Qadının qarnımdan vurduğu an dediyim “qadın böyük qüvvədir” epizodu o vaxtkı avtovağzalda çəkilmişdi. (İndi orada “Hyatt-Recency” oteli yerləşir-red.). Çox təəssüf ki, indiki Bakı o vaxt yox idi. Çəkiliş üçün gözəl məkanlar az idi. Çəkilişlər Bakı bulvarında, Şəmkirdə, Göyçayda və Ağsuda aparıldı. Əhmədin kəndə gələrkən öküzlərin körpünün üstündə vuruşduğu kadr Ağsu körpüsünün üstündə çəkilib. Dostların qaldığı yataqxana isə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yataqxanasıdır. Səyavuş Aslanın məşhur rəqs yeri, “Uzundraz Oktay”ın girişi keçmək səhnəsi məhz orda çəkilib. Gözümə taxdığım eynək adi şüşədən idi.  Gözüm çox yaxşı görürdü. Filmdə bir yer var: Pilləkənin başında bir-birimizi təqdim edirik: “Uzundraz Oqtay, Saqqal Ramiz”... Ssenaridə bu yox idi. Bədahətən alındı....

Filmdə komendantın yoxlama ilə gəldiyi səhnə var. Bax o səhnənin çəkilişi zamanı hamımız dəhşətli dərəcədə acmışdıq. Hətta acından başımız gicəllənirdi. Əsas rəqs səhnələrinin çəkilişi zamanı da çətinliklər olurdu.

O vaxt aktyolar cavan olduğundan sərbəst deyildi. Çoxumuz çəkinirdik. Subardinasiyanı saxlayırdıq. Tələbə idik deyə, çox çəkinirdik Adil müəllimdən. Zəhmi bəs idi bizə. Amma Səyavuş Aslan Adil İsgəndərovla çox ərkyana danışırdı. Eldəniz Zeynalov yeganə gənc aktyor idi ki, Adil müəllimlə zarafat edirdi”.


“Məni küçədə tanımırdılar”

“Əhməd hardadır?” filmi çəkiləndə N.Axundov həm də müəllim işləyirmiş.

Novruz Axundov: “Müəllim kimi çalışırdım deyə, istəmirdim filmdən sonra məni küçədə tanısınlar. Heç uşaqlara da bəlli etmirdim ki, kinostudiyada işləyirəm. Çoxu məni rəssam bilirdi. Ciddiliyimi hər zaman qoruyurdum. 22 yaşındaydım filmə çəkiləndə. İşlədiyimə görə tələbə təqaüdümü kəsmişdilər. Bir gün rektor  Rahim Hüseynovun yanına getdim. Bildirdim ki, işlədiyimə və filmlərdə çəkildiyimə görə, mənim təqaüdümü kəsiblər. Çağırıb tapşırdı ki, təqaüdümü versinlər. Bildirdilər ki, “işləyir, yaxşı geyinir nə ehtiyacı var təqaüdə?”... Amma Rahim Hüseynovun təkidilə təqaüd bərpa edildi. Özümə fikir verən idim. Bəziləri məndən şikayət yazmışdı Adil İsgəndərova... O adamları çağırdı yanına dedi, “bu oğlanı instituta mən qəbul etmişəm. Demək ona layiqdir. Bəs nə şikayətlərdir bura yazmısız?”. Şikayət bundan ibarət idi ki, “Novruz Axundov işləməkdən başqa, hər şey edir, geyiminə baxır, ancaq kitab oxuyur”. Adil İsgəndərov bərk hirsləndi. Dedi ki, “Novruza mən tapşırmışam ki, yaxşı geyinsin. Aktyor yaxş geyinər, küçələrdə piyan gəzməz, aktyor təmiz olar!”.

Novruz Axundov sonralar aktyor kareyasını davam etdirməyib. “Kino və teatr aktyoru olmağıma baxmayaraq, rejissorluğa keçdim. Bir söz var: “Böyük şəhərdə kiçik olmaqdansa, kiçik şəhərdə böyük olmaq daha yaxşıdır”. Həmyaşıdlarım Həsənağa Turabov, Hamlet Xanızadə, Rafiq Əzimov, Hamlet Qurbanov kimi fanatiklərin yanında özümü bu sənətdə az görürdüm. Bundan sonra dublyaja keçdim...”.








Gülşən Raufqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lev Yaşin mükafatının qalibi bəlli oldu 30 Noyabr 2021, 00:53 20 yaşlı polis VƏFAT ETDİ 30 Noyabr 2021, 00:09 Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?