Modern.az

Uorlikdən “Qarabağ” MESAJI: “..Vicdanlı müzakirə aparmaq lazımdır”

Uorlikdən “Qarabağ” MESAJI: “..Vicdanlı müzakirə aparmaq lazımdır”

Aktual

13 May 2014, 15:55


ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti açıqlama verib. Modern.az xəbər verir ki, amerikalı diplomat bu barədə özünün twitter səhifəsində yazıb. “Mənim Karnegi fondunda Qarabağla bağlı etdiyim çıxışa verilən kritik şərhlərə görə təşəkkür edirəm. Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün vicdanlı müzakirə aparmaq lazımdır”,-deyə C. Uorlik bildirib.

Qeyd edək ki, bir neçə gün öncə C. Uorlik Karnegi fondunda Qarabağ problemi ilə bağlı çıxış edib və sülhün altı elementini göstərib. O, bunu ABŞ-ın Qarabağla bağlı siyasətinin tərkib hissəsi olduğunu bəyan etmişdi.

 

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır