Modern.az

Milyarder özünü güllələdi

Milyarder özünü güllələdi

4 Mart 2015, 16:14

İtaliyanın “Mossi & Ghisolfi” transmilli şirkətinin vitse-prezidenti Qvizdo Qizolfi intihar edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşlı iş adamı ölkənin şimalındakı Karbonara Skriviya şəhərciyində özünə ov tüfəngindən atəş açıb.

Qvido Qizolfi İtaliya Demokrat Partiyasının üzvü və baş nazir Matteo Rentsiyə yaxın biznesmenlərdən hesab olunurdu.

Qvido Qizolfinin atası Vittorio Qizolfi 1953-cü ildə “Mossi& Ghisolfi” firmasının əsasını qoyub. Bu, İtaliyanın ən böyük ikinci kimya şirkəti və plastik qabların hazırlanmasında dünya lideridir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir