Arxiv
10 Aprel 2015, 16:18 | AKTUAL
Ermənistanın ümidləri boşa çıxır: “Qarabağı da itirə bilərik”

İranın özünün nüvə proqramı məsələsində  “altılıq” ölkələri ilə əldə etdiyi razılıqdan sonra Ermənistanın bundan iqtisadi dividentlər əldə edəcəyinə ümidləri artır. Belə ki, rəsmi Tehrana qarşı sanksiyalar aradan qaldırılırsa, İran qazının Ermənistan üzərindən Avropaya nəql edilməsi proqnozları verilir. Təbii ki, belə proqnozlar iqtisadi blokadada olan Ermənistan üçün ümidverici olmaya bilməz.

Lakin Ermənistan siyasi çevrələrində baş qaldıran sevincin uzun sürməyəcəyi şəksizdir. Birincisi ona görə ki, İranın nüvə proqramı ilə bağlı yekun razılaşma hələ əldə edilməyib.

Digər tərəfdən isə İranın nüvə proqramı ilə verdiyi vədə hansı dərəcədə əməl edəcəyi hələ də sual altındadır. Əgər İran Qərblə anlaşmaya riayət etməsə, ona qarşı sanksiyaların aradan qaldırılması gözlənilmir.

Fərz edək ki, həqiqətən də İranla Qərb nüvə proqramı ilə bağlı yekun razılaşmaya imza atır, Tehran bunun şərtlərinə əməl edir və bundan sonra həqiqətən də İran qazının Ermənistan üzərindən Avropaya daşınması aktuallaşır. Ancaq Ermənistan heç şübhəsiz, Rusiya amilini də nəzərə almamış deyil.

Əgər Ermənistan Rusiyanın icazəsi olmadan İranla hər hansı enerji layihəsinə qoşulsa, Kreml bundan qəzəblənəcək.

Rusiyalı ekspert Sergey Markov hesab edir ki, Ermənistan belə bir addıma atarsa, bu, Rusiyanın dövlət maraqlarının əleyhinə çevriləcək.

 

7or.am saytı Ermənistanın Rusiyadan hərbi, siyasi, iqtisadi sahədə asılı olduğunu xatırladaraq yazıb ki, rəsmi Yerevan Tehranla birgə  enerji layihəsində iştirak edəcəksə, daha da dərindən təcrid olunma vəziyyətinə düşəcək.

 

“Buna görə də illüziyalarla əzab çəkmək lazım deyil. Ermənistan İranla hər hansı layihədə iştirak etsə, yeganə müttəfiqimiz olan Rusiya ilə münasibətlər gərginləşəcək. Ermənistan Rusiyaya qarşı yönəlmiş və Qərbin xeyrinə olan layihəyə girməyə qərar verəcəksə, bizim üçün Ukrayna ssenarisi qaçılmazdır.

Biz təkcə Qarabağı yox, Ermənistanın özünü də itirə bilərik”,-deyə bildirilib.   

Aqşin Kərimov


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi, ana öldü 9 Dekabr 2019, 08:39 Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...   9 Dekabr 2019, 08:23 Manat və dollar həftəyə bu məzənnə ilə başladı 9 Dekabr 2019, 08:21 Bakıda bacı və qardaş bıçaqlanıblar 9 Dekabr 2019, 08:20 Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?