Modern.az

Ombudsman MTN-nin təsridxanasında Rauf Mirqədirovla görüşüb

Ombudsman MTN-nin təsridxanasında Rauf Mirqədirovla görüşüb

Təhsil

13 May 2015, 18:12

İnsan Hüquqları üzrə müvəkkil (ombudsman)  Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ombudsman Aparatından Modern.az saytına verilən məlumata görə, başçəkmədə məqsəd saxlama şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov, Elşən Mustafayev və digərləri ilə təkbətək görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlama şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür