Modern.az

“Qalatasaray”ın oyunçusu İtaliyaya qayıdır

“Qalatasaray”ın oyunçusu İtaliyaya qayıdır

13 May 2015, 18:16



Mövsümün əvvəlində “Qalatasaray”ın  “Napoli”dən transfer etdiyi, ancaq gözlənilən oyun sərgiləməyən Goran Pandev İtaliyaya geri qayıdır. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, makedoniyalı oyunçu bu səhər İtaliyaya gedərək yeni klubu “Genoa”ya imza atmadan əvvəl sağlıq nəzarətindən keçib. Pandev İtaliya klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

Sarı-qırmızılı kluba İtaliya millisinin keçmiş baş məşqçisi Cesare Prandellinin istəyi ilə Cemali ilə birlikdə gələn 31 yaşlı futbolçu, Türkiyə çempionatında qol vura bilməsə də, kubok oyunlarında rəqiblərin qapısından 7 qol keçirib. Bir illik müqavilə qarşılığında 2,4 milyon avroya imza atan makedoniyalı hücumçunun sarı-qırmızılı klubla olan müqaviləsi mövsümün sonunda bitir.  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir