Arxiv
21 Oktyabr 2015, 16:23 | DÜNYA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bəzi vəzifəli şəxslər cəzalandırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari ilin 9 ayında tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülmüş işlərin, bu sahədə müasir və şəffaf iş üsullarının qurulması üçün aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən

Modern.az-a verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin müasir və şəffaf iş mexanizmləri əsasında qurulmasının nazirliyin əsas fəaliyyət prinsipi olduğunu, cari ilin ötən dövründə də bu yöndə işlərin məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.

Nazir müavini deyib ki, cari ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Respublika Əlillərin Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı hesabat dövrünün əlamətdar hadisələrindən biridir: “Mərkəz müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərməyə imkan verir”.
Nazir müavini Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) iş və əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması tədbirlərinin də davam etdirildiyini, bu günədək artıq 38 region üzrə TSEK-lərin 31-nin müasir iş şəraiti ilə təmin edildiklərini bildirib.

İclasda hesabat məruzəsi ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov cari ilin ötən dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının məqsədyönlü təşkilinə ciddi nəzarət tədbirlərinin davam etdirildiyini bildirib:

“Görülən tədbirlərin müsbət nəticəsi kimi, cari ilin 9 ayında ilkin əlillik təyin olunan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3284 nəfər (13,9%), təkrar olaraq əlillik təyin edilən şəxslərin sayı isə 4440 nəfər (3,1%) azalıb. Təkrar əlillik müayinələri zamanı 2961 nəfərin hissəvi reabilitasiyası təmin olunub”.
Xidmət rəisi hesabat dövründə ilkin  olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayının da keçən  ilin müvafiq dövrü ilə müqayisədə 26%, yəni 3 min nəfərə yaxın azaldığını qeyd edib:
“Cari ilin ötən dövründə 115 nəfər əlilliyi olan şəxsin və 130 nəfər sağlamlıq imkanları məhdud uşağın, ümumilikdə 245 nəfərin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb  Mərkəzində ixtisaslaşmış bərpa müalicəsinə göndərilməsi təmin edilib ki, bu da ötən il xaricə bərpa müalicəsinə göndərilənlərlə müqayisədə 52,1 faiz çoxdur. Bu isə ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirildiyini bir daha təsdiq edir”.  

İ.Qurbanov cari ilin 9 ayında Xidmətin tabeliyindəki  bərpa-müalicə müəssisələrində 5 min nəfərə yaxın şəxsə bərpa-müalicə xidməti göstərildiyini, hazırda bu müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparıldığını diqqətə çatdırıb:
“Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələri ilə təchiz olunması və onlara protez-ortopediya xidməti uğurla davam etdirilib. Həmin şəxslərdən ibarət 7158 nəfərə protez-ortopedik bərpa xidməti göstərilib, habelə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara ümumilikdə 28662 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitələri verilib”.

Xidmət rəisi hesabat dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin yaradılmasının diqqətdə saxlandığını, artıq cari ilin ortalarından Tibbi-Sosial Ekspert Komissiyaları ilə aidiyyəti idarə, müəssisə və təşkilatlar arasında əlillik müayinəsi barədə məlumatların elektron mübadiləsinin təmin olunduğunu qeyd edib:

“Azərbaycan Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli  “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanı bu sahədə mühüm irəliləyişə imkan yaradır. Fərmanın icrası olaraq görülən işlər nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində mükəmməl proqram təminatlarına malik Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılmasına, tibbi-sosial ekspertiza xidmətinin elektron əsaslarla avtomatlaşdırılmış infrastrukturunun qurulmasına yönəlib. Yeni elektron sistem respublikada əlillik təyinatı prosesinin avtomatlaşdırılması nəticəsində bu sahədə məmur-vətəndaş təmaslarının minimallaşmasına və şəffaflığın təminatına şərait yaracaq”. Fərmanla birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması üçün əlilliyin müəyyən olunması meyarlarında dəyişikliklər edilməsi də nəzərdə tutulub. Belə bir mühüm tədbir bir il ərzində əlillik müayinələrindən keçən şəxslərin sayının 7 dəfə azalmasına imkan verəcək ki, bu da əlillik müayinələrində məmur-vətəndaş ünsiyyətinin xeyli azalması ilə nəticələnəcək”. Xidmət rəisi Fərmana uyğun olaraq, “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və “Uşaqların sağlamlıq imkanları məhdudluğunun  müəyyən olunması meyarları”nın yenidən işlənərək təkmilləşdirildiyini və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcəyini diqqətə çatdırıb:“Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində şəffaflığın artırılması üçün aparılan işlərin müsbət nəticələrindən biri kimi, təkcə cari ilin 9 ayında bu sahə ilə bağlı nazirliyə ünvanlanan vətəndaş ərizələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17%-ə yaxın azalıb, daxil olan həmin müraciətlərin isə əksər hissəsi sorğu xarakterli olub”.

Tədbirdə görülən işlərin yekunları ətraflı müzakirə edilib. Qeyd olunan sahədə əldə edilən müsbət nəticələrlə yanaşı, yol verilən  nöqsan və çatışmazlıqlara da toxunulub, işlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib.





Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polis əməliyyat keçirdi - silahlı şəxs tutuldu 20 Yanvar 2021, 11:54 Azərbaycan neftinin qiyməti 56 dolları ötdü 20 Yanvar 2021, 11:48 Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı 20 Yanvar 2021, 11:42 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı 20 Yanvar 2021, 11:32 Şuşanın azad edilməsi gün şəhidlərimizin ruhu rahatlıq tapdı - VİDEO 20 Yanvar 2021, 11:26 “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova 20 Yanvar 2021, 11:20 Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək  - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49