Modern.az

Klinton cütlüklərinin çıxışlardan qazandığı pul – 153 milyon dollar

Klinton cütlüklərinin çıxışlardan qazandığı pul – 153 milyon dollar

6 Fevral 2016, 10:12

ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun xanımı, keçmiş dövlət katibi Hillari Klinton 2001-ci ildən bu yana çıxışlarının hesabına 153  milyon dollardan çox pul qazanıblar.

Modern.az xəbər verir ki, bu haqda CNN-in yaydığı məlumatda qeyd olunub. Onların bu vəsaiti əsasən Amerikanın iri korporasiyaları və banklarının nümayəndələri qarşısında etdikləri nitqlərdən əldə etdikləri bildirilib.  

14 il ərzində 729 dəfə auditoriya qarşısına çıxan Klintonların hər nitqi üçün orta hesabla 210.8 dollar ödənilib.  

Məlumata görə cütlüklər etdikləri 39 çıxış üçün banklardan 7.7 milyon dollar qonorar alıblar. Hillari Klintonun 8 çıxışdan 1.8 milyon dollar pay götürüb.    

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü