Modern.az

“Amerika ilə Rusiya arasındakı problemin səbəbi Suriya və Ukrayna deyil”

“Amerika ilə Rusiya arasındakı problemin səbəbi Suriya və Ukrayna deyil”

Dünya

10 Fevral 2016, 12:35

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərin soyuqlaşmasının Ukrayna və Suriyaya görə baş vermədiyini deyib.

““Cekson-Venik” düzəlişini ləğv edib, o saat Maqnitski qanunları”nı qəbul etdilər və rahat nəfər alaraq “rusları həmişə qarmaqda saxlayacaqlarına” sevindilər. Bu, iki ölkə arasında münasibətlərin Ukrayna, yaxud Suriyaya görə pisləşmədiyini göstərən amillərdir. Sadəcə olaraq, hər şeyə öz baxışı olan bir ölkənin (Rusiyanın) möhkəmlənməsi Vaşinqtonda bəzilərini narahat edir”.

Lavrov Vaşintonun Ukraynadakı gərginlikdə maraqlı olduğunu da deyib.

“Bizdə bəzi təkzibolunmaz faktlar var ki, bəzi amerikalı siyasətçilər Rusiyanın iki cəbhədə vuruşmasına çalışdılqarını və Donbasda atəşkəsin pozulmasına, periodik olaraq qızğın döyüşrlərin getməsini arzulaqlarını söyləyib. İstinsa etmirəm ki, belə fikirlər Vaşinqtondakı “qırğı”ların da beynində var”.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü