Modern.az

İki universitetimiz “Top-8”ə daxil ediləcək 

İki universitetimiz “Top-8”ə daxil ediləcək 

Təhsil

27 İyul 2022, 11:16

"2026-ci ildə Azərbaycan ali təhsil müəssisələrindən ən azı ikisinin dünya universitetləri üzrə reytinqdə "Top-8"ə daxil edilməsini planlaşdırırıq". 


 
Modern.az
xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 


O qeyd edib ki, 2022-2026-ci illərdə erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsini artırmaq hədəf götürülüb: 

 

"2026-ci ildə bu göstəricini 50 faizə yüksəltməyə hədəfləmişik. Həmçinin Azərbaycan təhsilinin beynəlxalq qiymətləndirmədə keyfiyyət gostəricisinin 422 bala qaldırılması planlaşdırılır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?