Modern.az

Bu gün “Sovetski” sakinlərinin tələblərinə cavab veriləcək

Bu gün “Sovetski” sakinlərinin tələblərinə cavab veriləcək

Təhsil

3 Mart 2014, 11:26


Modern.az
xəbər verir ki, bu gün Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərlə görüş keçiriləcək. Görüşdə onlara təklif olunan kompensasiya ilə bağlı son nəticə açıqlanacaq.

Yasamal rayon icra başçısının müavini Səməd İsmayılovun Modern.az-a verdiyi məlumata görə, görüşün dəqiq vaxtı bəlli deyil.

“İcra Hakimiyyəti bu barədə məlumatsızdır. Sadəcə, sakinlərlə son görüş zamanı baş nazirin müavini Abid Şərifov bildirdi ki, martın 3-ə qədər qərar qəbul olunacaq , yekun fikir bildiriləcək. Hələ ki, İcra Hakimiyyətində məlumat yoxdur, gözləyirik”.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərdən ibarət Təşkilat Komitəsinin üzvləri vasitəsi ilə çatdırılan bütün ricalara martın 3-də yazılı cavab veriləcək. “Hansı vətəndaş cavabımızla razı olacaqsa, sözsüz ki, qanun çərçivəsində notarius və bank vasitəsilə pulunu alacaq. Kim ki razı olmayacaq, həmin sakinlərə fərdi yanaşılacaq, onun evi sökülməyəcək, orda istədiyi qədər yaşayacaq. Bununla belə, bizim son qərarımız martın 3-də olacaq və bu barədə əhali məlumatlandırılacaq”.

H. Abutalıbov bildirib ki, hökumət sakinlərin indikindən daha yaxşı ərazidə və şəraitdə yaşamasına çalışır: "Həm də bu sahələr abadlaşdırılacaq, geniş yollar, gözəl istirahət zonaları salınacaq. Əmin edirəm ki, o ərazidə heç bir tikinti işləri aparılmayacaq”.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var