
AMEA Rəyasət Heyətinin müvafiq göstərişinə əsasən, Akdemiyada muğamşünaslıq şöbəsi yaradılıb. Modern.az-a verilən məlumata görə, Azərbaycan musiqisi tarixinə dair dəyərli tədqiqatların müəllifi, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova yeni şöbənin müdiri təyin olunub.
Qeyd edək ki, muğam sənəti və muğam tarixi indiyədək AMEA-nın ayrı-ayrı sahə institutlarında, xüsusilə humanitar profilli institutlarda tədqiqatlara cəlb olunub. Lakin bu sahədə aparılan tədqiqatların mərkəzləşdirilməsi, sistemləşdirilməsi məqsədilə ayrıca bir şöbənin yaradılmasına böyük ehtiyac vardı. Yeni şöbədə muğam sənətinin genezisi, quruluş modeli, lad və melodik xüsusiyyətləri öyrəniləcək, bu sənətin başqa musiqi janrları, həmçinin digər xalqların anoloji sənət nümunələri ilə müqayisəsi aparılacaq, muğam Şərq musiqi mədəniyyətinin tərkib hissəsi kimi tarixi-ictimai hadisələr zəminində, mərhələlərlə araşdırılacaq.
Elmin Nuri