Hesablama Palatası “Azərsu” ASC-də və Bakı Şəhər Təcili Tibbi Yardım avtobazasında, habelə Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyində yoxlamalar aparacaq. Palatadan Modern.az-a verilən məlumata görə, Kollegiya iclasında “Azərsu” ASC-ə tikintisi (təmiri) 2012-ci ildə başa çatmış obyektlərə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Bakı Şəhər Təcili Tibbi Yardım Avtobazasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinin saxlanılmasına dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə, Səfirlik tərəfindən dövlət rüsumlarının hesablanması və ödənilməsinə dair həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatın qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.
Gültəkin ƏLƏSGƏR