“İşğalçı Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində flora və faunanı vandalcasına istismar edir, talayır”.
Bunu Modern.az- a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O, qeyd edib ki, məsələ ilə bağlı gerçək vəziyyəti öyrəmnək üçün nazirliyin ayrı-ayrı beynəlxalq qurumlara müraciəti hələ də cavabsız qalır. “İşğal olunmuş ərazilərdə canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməllər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Komissiyyası”nın baş katibinə, “Biomüxtəliflik üzrə Konvensiya”nın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın katibliyinə, “Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliy”in prezidentinə rəsmi müraciət olunub. Beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirə salınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılıb”. Nazirlik rəsmisinin sözlərinə görə, həmin təşkilatlardan işğal olunmuş ərazilərdəki ekoloji vəziyyətlə bağlı indiyədək hər hansı məlumat almyıblar.
Gülşən Raufqızı