Son zamanlar AMEA-nın İşlər İdarəsi tərəfindən həyata keçirilən bir sıra işlər, AMEA-nın balansında olan daşınmaz əmlakın uçotu və sənədləşdirilməsi, elmi işçilərin soial-məişət məsələlərinin həlli ümumilikdə idarənin işinin artmasına səbəb olub. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətinin 31 yanvar 2014-cü il tarixli sərəncamı ilə AMEA Rəyasət Heyəti Mərkəzi aparatının ştat cədvəlinə bir ştat vahidi – AMEA İşlər idarəsinin müdir müavini vəzifəsi əlavə edilib.
Akademiyadan Modern.az-a verilən məlumata görə AMEA Rəyasət Heyətinin qərarı ilə bu gün İşlər İdarəsinin baş mütəxəssisi Sərdar Əliyev idarənin müdir müavini vəzifəsinə təsdiq olunub.
S.Əliyev 2 fevral 1955-ci ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
Elmin Nuri