Modern.az

Coğrafiya İnstitutuna yeni direktor: namizəd artıq müəyyənləşib

Coğrafiya İnstitutuna yeni direktor: namizəd artıq müəyyənləşib

Təhsil

3 Mart 2014, 14:11

AMEA-nın Coğrafiya İnstitutunda direktor vəzifəsi xeyli vaxtdır ki, boş qalır. Buna görə də AMEA Rəyasət Heyəti vakant yerə direktor seçkilərinin keçirilməsi haqqında sərəncam verib.

İnstitutdan Modern.az-a verilən məlumata görə, qurumun özündə AMEA-nın müxbir üzvü, texnika elmlər doktoru, professor Ramiz Məmmədovun direktoru vəzifəsinə namizədliyini irəli sürüb. R. Məmmədovun beynəlxalq miqyasda Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alim olması, 250-yə qədər elmi məqalənin, 9 monoqrafiyanın, coğrafi atlasın və 20-yə qədər beynəlxalq elmi layihənin müəlifi kimi dünyanın ən nüfuzlu jurnallarında və nəşriyyatlarında çap olunması AMEA rəhbərliyinə diqqətinə çatdırılıb.

Qeyd edək ki, əvvəllər Coğrafiya İnstitutuna mərhum akademik Budaq Budaqov rəhbərlik edib.

 

Elmin Nuri

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var