Modern.az

Ağaxan Abdullayevin qardaşı arvadı və qardaşı qızı boğulub

Ağaxan Abdullayevin qardaşı arvadı və qardaşı qızı boğulub

Təhsil

3 Mart 2014, 14:21

Modern.az xəbər verir ki, Bakıda baş vermiş yanğın zamanı ölən ana-balanın kimliyi müəyyənləşib. Hadisə martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Tərəvəz İbrahimovanın yaşadığı mənzildə baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 4 kvm. sahədə olan əşyalar yanıb, T.İbrahimova və qızı Samirə Abdullayeva tüstüdən boğularaq ölüblər.

Yanğında ölən ana və qızının Azərbaycanın xalq artisti, xanəndə Ağaxan Abdullayevin yaxın qohumları olduğu məlum olub.

APA-nın məlumatına görə, Tərəvəz İbrahimova Ağaxan Abdullayevin qardaşının həyat yoldaşı, onun qızı Samirə Abdullayevanın isə xanəndənin qardaşı qızıdır.

 A.Abdullayev faktı təsdiqləyib.  

Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!