Modern.az

Baş redaktor müavini “İrəli”nin sədrinə cavab verdi

Baş redaktor müavini “İrəli”nin sədrinə cavab verdi

Təhsil

3 Mart 2014, 14:57


“Qətiyyən o profilin mənə aidiyyatı yoxdur. Heç mənim xəbərim də yoxdur. “Yeni Müsavat”da Aygün Muradxanlının yazısını oxumuşam. Amma o profilin mənim olduğunu birinci dəfə sizdən eşidirəm”.

  Bunu Modern.az saytına açıqlamasında “Bakı-xəbər” qəzetinin baş redaktorunun müavini Samirə Səfərova “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevin ittihamına cavab olaraq deyib.  

Qeyd edək ki, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev Facebook profilində ordakı “Inci Azeri” qrupu ilə bağlı araşdırma apardığını və həmin səhifənin admininin “Bakı-xəbər” qəzetinin baş redaktorunun müavini Samirə Səfərova olduğu qənaətinə gəldiyini bildirib:  
“Araşdırmam nəticəsində məlum oldu ki, profil şəkli dovşan olan bu səhifənin admini “Bakı-xəbər” qəzetinin baş redaktorunun müavini Samirə Səfərovadır. Maraqlı detal həm də odur ki, “Inci Azeri” qrupunun heç bir mənbə, əsas, fakt göstərilməyən statuslarından “Yeni Müsavat” qəzetində silsilə məqalələr hazırlayan jurnalist Aygün Muradxanlı da Samirə Səfərovanın yaxın qohumudur”. 

S. Səfərova Aygün Muradxanlının qohumu olduğunu isə inkar etməyib: “Heç elə bir adamı (“İrəli” İctimai Birliyinin sədri) da mən tanımıram. Başa düşmürəm o bunu hardan, nəyə əsasən deyib. Bəli, Aygün Muradxanlı mənim qohumumdur. Amma o neçə ilin jurnalistidir, min dənə mənbəyə istinad edə bilər. Hər yedən informasiya tapa bilər. Qohumluq əlaqələri jurnalistikada rol oynamır axı. Profilin mənə heç bir aidiyyatı yoxdur”.

“Inci Azeri” profili Facebook-da Azərbaycanda nurçuların kim olduğuna dair məlumatlar paylaşır...    

Misranə Həsənzadə
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var