Modern.az

ABŞ-ın keçmiş səfiri Rusiyaya qahmar çıxdı: “ABŞ ikiüzlüdür”

ABŞ-ın keçmiş səfiri Rusiyaya qahmar çıxdı: “ABŞ ikiüzlüdür”

Təhsil

3 Mart 2014, 15:33


ABŞ-ın SSRİ-dəki  keçmiş səfiri Jak Matlok Ukrayna hadisələrinə görə rəsmi Vaşinqtonu sərt bir dillə ittiham edib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, keçmiş diplomat bu barədə özünün bloqunda yazdığı məqalədə bildirib. O, ABŞ-ı ikiüzlülükdə təqsirləndirib. Keçmiş səfir ABŞ-ı Ukraynadakı gərginliyə görə Rusiyanı təqsirləndirməsinə və onu təhdid etməsinə qarşı çıxaraq qeyd edib ki, bu düzgün deyil. J. Matlokun fikrincə, ABŞ dövlətlərin ərazi bütövlüyünə hörmət etmir. Bununla yanaşı ekspert  Rusiyanın Ukrayna proseslərinə müdaxiləsinin normal olduğunu bildirib. “Hər bir ölkə kimi Rusiya da sərhədləri yaxınlığında başqa dövlətlərin hərbi fəaliyyət göstərməsinə aşırı dərəcədə həssasdır. ABŞ-ın Respublikaçılar partiyasından olan əvvəlki hakimiyyəti Ukraynanı NATO-ya üzv etmək üçün cəhdlər edib. Halbuki Ukrayna xalqının böyük bir hissəsi bunu istəmirdi”. J. Matlok onu da əlavə edib ki, Ukrayna Rusiya ilə güclü dost əlaqələri qurmadan güclü dövlət ola bilməz.

 Qeyd edək ki, J. Matlok ABŞ Milli Təhlükəsizlik Şurasının SSRİ üzrə eksperti olub. O, 1987-1991-ci illərdə ABŞ-ın SSRİ-dəki səfiri postunda çalışıb.


Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var