Baş nazir Arseni Yatsenyuk bəyan edib ki, Ukrayna Krımı Rusiyaya verməyəcək. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, o bu açıqlamanı Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə birgə keçirdiyi brifinqdə verib. Onun sözlərinə görə, Qərb ölkələri “Böyük səkkizlik” (G-8) sammitində iştirakdan imtina edəndən sonra Rusiya şirkətlərinin aktivləri bu gün səhər 12 faiz aşağı düşüb: “Biz başa düşürük ki, Rusiya Federasiyasının öz maraqları var, biz onu da başa düşürük və Rusiyaya müraciət edirik: siz öz maraqlarınızı güdməklə bizim maraqlarımızı pozursunuz. Bundan əlavə, qeyd edirəm ki, ukraynalılara, Ukrayna vətəndaşlarına qarşı heç bir güc tətbiqinə əsas yoxdur. Ona görə Ukraynaya Rusiya hərbi kontingentinin yürüdülməsinə səbəb olmayıb, olmayacaq və bu hərəkət öz qiymətini alacaq. Krımı heç kim heç kimə verməyəcək”.
Modern.az