Modern.az

İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Təhsil

3 Mart 2014, 16:04


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İcraçı direktor Devid Harris ölkəmizə son səfərindən ötən dövr ərzində Azərbaycanın çox böyük nailiyyətlər əldə etməsini məmnunluqla vurğuladı. Söhbət zamanı Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edildi, bu görüşlərin Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları və Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirildi. Görüşdə, həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var