Modern.az

Varis kitabının Türkiyədə necə dərs vəsaiti olmasından danışdı

Varis kitabının Türkiyədə necə dərs vəsaiti olmasından danışdı

Təhsil

3 Mart 2014, 16:36

Azərbaycan yazıçısı Varisin İstanbulda nəşr olunan «Yetmiş yeddinci gün» romanı Türkiyənin Yozqat Bozok Dövlət Universitetində türk dili və ədəbiyyatı fənnindən dərs vəsaiti kimi təsdiqlənərək tədris proqramına daxil edilib. 

Modern.az-a açıqlamasında bunu yazıçının özü də təsdiqləyib: “Ümumiyyətlə, bu roman mənim ən çox sevdiyim romanımdır. Tələbələr mənə məlumat verdi  ki, belə bir xəbər var. Mən də dərhal kitablarımın Türkiyədəki yayım hüququ olan “İQ sənət yayımlar evi” ilə əlaqə saxladım. Onlar da təstiqlədilər. Professor Əbubəkr Güngör o məlumatı yayıb. Türkiyədə sayca üçüncü kitabım çıxacaq. Mənim ora ilə bağlı planlarım çox böyükdür və bu da çox sevindirici bir hadisə oldu”.

Xatırladaq ki, «Yetmiş yeddinci gün» romanı Azərbaycan tarixinin 1937-ci ildən başlayaraq yetmiş illik bir dövrünü əhatə etməklə yeniyetmələrlə böyüklər arasındakı ziddiyyətdən doğan ağrı-acını, xoşbəxtliyin daim yaxında – bir addımlıqda olması inamını bədii çalarlarla özündə əks etdirir. 

Elmin Nuri

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var