Bakının "Sovetski" məhəlləsinin sakinləri 173 saylı orta məktəbin qarşısına toplaşaraq, söküləcək evlərinin əvəzində onlara təklif olunan kompensasiyaya etiraz ediblər. Ərazidə çoxlu sayda polis cəlb olunub. Asayiş keşikçiləri etiraz edən sakinləri ərazidən uzaqlaşdırmağa çalışıblar. Bu zaman qarşıdurmalar qaçılmaz olub.
Modern.az-ın ərazidə olan əməkdaşına bildirilib ki, aksiya iştirakçılarından iki nəfər saxlanılıb.
Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazıdırlar. Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib, sakinlər isə 4 min manat verilməsini istəyirlər.
Modern.az saytı hadisə yerindən fotoları təqdim edir.


