Modern.az

Elman Mehdiyev: “Pensiyaçılıar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub”

Elman Mehdiyev: “Pensiyaçılıar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub”

Təhsil

3 Mart 2014, 17:20


“Pensiyaçıların sosial müdafiəsi xüsusi diqqət mərkəzində saxlanılır və pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artır”. Modern.az xəbər verir ki, bunu DSMF-nun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə,  2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir. Yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artmışdır. Bütövlükdə pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaradılıb.

“Məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılmış, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilmiş və beləliklə də, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.Həmçinin, bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilmiş və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi və yenidən qurulması həyata keçirilib. Əmək pensiyalarının plastik kartlarla ödənilməsi sistemi müvəffəqiyyətlə tətbiq edilib”. “Bu gün Azərbaycanda əmək pensiyaçıları dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatını tənzimləyən “Əmək pensiyası haqqında” Qanunun uğurla icra olunması nəticəsində pensiyaların baza və sığorta hissəsi hər il əhəmiyyətli şəkildə artırılır. Belə ki, yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyədək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 8 sərəncam imzalanıb”deyə sədr bildirib.

Bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyası tamamlanıb. Müqayisə üçün bildirək ki, 2006-cı ildə ölkə üzrə pensiyaların orta aylıq məbləği 28,5 manat olub.

Hazırda Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 170,4 manata çatdırılıb ki, bu da 2006-cı illin müvafiq göstəricisi ilə müqayisədə 141,9 manat və ya 5,9 dəfə çoxdur. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40,7 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir.

“Bu gün pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib. Halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı ildə mövcud olan 25 manatdan 100 manata çatdırılması, bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımların tətbiq olunması bu kontingentin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Əldə olunan nailiyyətlər Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə, o cümlədən sığorta-pensiya sistemində sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir”.

Hər il əmək pensiyalarının sığorta hissəsinə əlavə olunan indeksləşdirmə artımlarının da pensiyaçıların sosial müdafiəsinin möhkəmləndirilməsinə xidmət edən amillərdən olduğunu vurğulayan Elman Mehdiyev bildirib ki, bu artımlar bir qayda olaraq hər ilin əvvəlində tətbiq olunmaqla ötən ilin istehlak qiymətləri indeksinin səviyyəsinə uyğun şəkildə müəyyənləşdirilir. Belə ki, 2014-cü il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2013-cü il səviyyəsinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım tətbiq edilib.

“Hazırda istər əmək pensiyalarının baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi Fondun mərkəzi aparatının təqdim etdiyi xüsusi proqramla avtomatlaşdırılmış qaydada həyata keçirilir. 2013-cü ilin iyul ayının 11-dən etibarən ölkəmizdə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanıb. Sistemin tətbiq olunduğu vaxtdan indiyədək 1400-dən çox vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb”.

 

  Modern.az    
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var