ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. “Azəriqaz”ın mətbuat xidmətindən
Modern.az saytına verilən məlumata görə, birlik 2014-cü ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 37 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Təbii qazla təmin olunan bu binalarda ümumilikdə 5091 mənzil var. Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi 2013-cü ildə 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

Gülşən Raufqızı