Modern.az

Fərəc Quliyev dünya şöhrətli rəssamı təltif edib

Fərəc Quliyev dünya şöhrətli rəssamı təltif edib

Təhsil

3 Mart 2014, 17:42

MDHP sədri millət vəkili Fərəc Quliyev dünya şöhrətli rəssam Əşrəf Heybəti təltif edib.

Modern.az xəbər verir ki, bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının Mərkəzi Qərargahında partiya sədri, millət vəkili Fərəc Quliyev dünya şöhrətli rəssam Əşrəf Heybətlə görüş keçirərək, rəssama milli dəyərlərimizə öz əsərlərində daha geniş yer ayırdığına və həmçinin də diaspor fəaliyyətinə görə “Milli Dirçəliş Hərəkatı Partiyasının Etimadnaməsi” ilə təltif edib. Keçirilən görüşdə rəssamla diaspor və yaradıcılıq məsələləri müzakirə edilərək, müxtəlif istiqamətdə fikir mübadiləsi aparılmışdır. Əşrəf Heybət onun yaradıcılığına göstərilən diqqətə görə özü və həmçinin ailəsi adından millət vəkilinə dərin minnətdarlıq bildirib.

 

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var