Modern.az

Aydın Quliyev BƏYANAT verdi: “Nurçularla bağlı xəbərləri bizim əməkdaşlar yaymır”

Aydın Quliyev BƏYANAT verdi: “Nurçularla bağlı xəbərləri bizim əməkdaşlar yaymır”

Təhsil

3 Mart 2014, 17:53

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin bəyanat verib. Modern.az saytının məlumatına görə, A.Quliyev bildirib:
“Daxili araşdırmalarımız nəticəsində tam aydınlaşdırmışıq ki, sosial şəbəkələrdə ölkədə nur-çuların gizli fəaliyyətilə bağlı məlumatlar paylaşılan səhifənin əməkdaşımız Samirə xanıma və ya hər hansı digər işçimizə heç bir aidiyyəti yoxdur. Bu kimlərinsə hadisələr ətrafında şou düzəltmək cəhdindən başqa bir şey deyil. Yaxın saatlarda bununla bağlı geniş müsahibəm yayılacaq”.   
Qeyd edək ki, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev Facebook profilində ordakı “Inci Azeri” qrupu ilə bağlı araşdırma apardığını və həmin səhifənin admininin “Bakı-xəbər” qəzetinin baş redaktorunun müavini Samirə Səfərova olduğu qənaətinə gəldiyini bildirib.

“Inci Azeri” profili Facebook-da Azərbaycanda nurçuların kim olduğuna dair məlumatlar paylaşır...   


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var