
Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla iki ay müddətində Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Energetika Nazirliyi ilə birlikdə tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir
Nazirlər Kabineti Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Azərenerji" ASC və "Bakıelektrikşəbəkə" ASC ilə birlikdə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlir.
Nazirlər Kabineti Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi ilə birlikdə korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Nəqliyyat Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Hökumətə Bu fərmandan irəli gələn digər məsələləri həll etmək də tapşırılıb.
Modern.az