Modern.az

Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi

Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi

Təhsil

Bu gün, 12:34

Milli Məclisdə jurnalistika təhsilinin praktiki imkanlarının genişləndirilməsi ilə bağlı təklif səsləndirilib.

Modern.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, jurnalistika sahəsində klassik təhsil yanaşmaları ilə yanaşı, yeni çağırışlara uyğun praktik imkanların da yaradılması vacibdir.

“Bizə hər il universitetlərin müxtəlif fakültələrindən, eləcə də digər ali təhsil müəssisələrindən tələbələr təcrübə keçməyə gəlirlər. Çox yaxşı olar ki, jurnalistika fakültəsinin tələbələri də gəlsinlər. Bizim burada peşəkar jurnalistlərimiz var, onlar da tələbələrin staj keçməsinə dəstək ola bilərlər”, – deyə Sahibə Qafarova bildirib.

Parlament sədri əlavə edib ki, bu istiqamətlərdədə Elm və təhsil komitəsi müzakirələrin aparılması da mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu