Modern.az

Gürcüstanda sazbənd sənəti - FOTOLAR

Gürcüstanda sazbənd sənəti - FOTOLAR

Diaspor

6 İyun 2024, 13:50

Gürcüstanda aşıq sənəti böyük hörmət və nüfuzu ilə seçilir. Burada yaşayan soydaşlarımız şifahi xalq yaradıcılığının əsas qollarından biri olan bu sənətə olduqca yüksək qiymət verir, saza milli sərvət nümunəsi kimi yanaşırlar.

 

Azərbaycanlı icma bu gün də aşıq sənətini yaşadır, gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirir. Qonşu ölkədə saz alətini hazırlayan yeganə sazbənd Bafəli Adıgözəlovdur. B.Adıgözəlov aşıq sənətinin inkişafı və təbliğində böyük xidmətlər göstərib. O, zurna ifaçısı olsa da, sazbəndlik sənətini daha üstün tutub.

 

Modern.az xəbər verir ki, sazbənd uzun illər Gürcüstanda Azərbaycan aşıq sənətinin, musiqisinin və mədəniyyətinin qorunub yaşadılmasında göstərdiyi fəaliyyəti nəzərə alınaraq “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildiyi üçün Prezident İlham Əliyevə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, Azərbaycan Prezidentinin diaspor işinə, xaricdəki həmvətənlərimizə xüsusi diqqət yetirdiyini, soydaşlarımızın həmişə onun qayğısını hiss etdiklərini vurğulayıb. Marneuli şəhərində sazbənd sənətinin inkişafı üçün müasir tipli emalatxananın açılması barədə müzakirələr aparıldığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti