Modern.az

İran diplomatı Britaniya XİN-ə çağırıldı - ETİRAZ

İran diplomatı Britaniya XİN-ə çağırıldı - ETİRAZ

Dünya

9 Dekabr 2022, 20:22

İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya XİN məlumat yayıb.

 

Bildirilir ki, diplomata İran hakimiyyəti tərəfindən edam edilən Möhsün Şəkəriyə görə etiraz bildirilib.

 

"Biz İran hakimiyyətinə mövqeyimizi açıq şəkildə bildirmişik. İran dərhal edamları dayandırmalı və öz xalqına qarşı zorakılığa son qoymalıdır”, - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, İranda etiraz aksiyalarında həbs edilən şəxslərdən biri edam olunub. Edam edilən Möhsün Şəkəri adlı şəxs Tehranda təhlükəsizlik işçisini bıçaqla yaralamaqda və küçəni bağlamaqda ittiham olunurdu. Hüquq müdafiəçiləri Şəkərinin işgəncələrə məruz qaldığını və cinayəti etiraf etməyə məcbur edildiyini bildirib. Şəkəri İranda etiraz aksiyalarına görə edam edilən ilk şəxsdir. Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, İran hakimiyyəti etiraz aksiyalarında saxlanılan 21 nəfəri ölüm cəzasına məhkum edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik